Ərdoğan Pirinkayalar tunelinin açılış mərasimində çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimində videokonfrans formatında müraciət etdi
Ərdoğan Pirinkayalar tunelinin açılış mərasimində çıxış edib

"Türkiyə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ən əhatəli, ən yeni və ən müasir inkişaf infrastrukturuna malik dövlət kimi seçilir".

SİA xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ərzurumda Türkiyəni Qafqaza birləşdirəcək Pirinkayalar tunelinin açılış mərasimində Prezident İqamətghından canlı bağlantı ilə etdiyi çıxışda deyib.

Dövlət başçısı Ərdoğan “Pirinkayalar tunelimizin bölgəmiz üçün xeyirli olmasını arzu edirəm” deyib.

“(Tunel) Bağlantı yolu ilə ümumi uzunluğu 3,4 kilometrə yaxınlaşan bu layihə Ərzurum və Artvin arasında nəqliyyatın sürətli, təhlükəsiz və fasiləsiz olmasını təmin edəcək. Karbon emissiyalarını azaltmaqla ətraf mühitin qorunmasına töhfə verməklə yanaşı, ölkəmiz üçün təxminən 18 milyon lirəyə qənaət edəcək. Hər ikisi yüksək turizm potensialına malik Ərzurum və Artvin arasındakı yol yeni imkanlar gətirəcək. Hər iki şəhər vasitəsilə Qafqaza tranzit nəqliyyat da rahat olacaq" deyə dövlət başçısı bildirib.

Məqsədlərinin Türkiyəni dünyanın 10 ən böyük iqtisadiyyatından biri etmək və qlobal idarəetmə sistemində daha təsirli söz sahibi olmaq olduğunu vurğulayan Ərdoğan deyib:

“Türkiyə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ən əhatəli, ən yeni və ən müasir inkişaf infrastrukturuna malik dövlət kimi seçilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə