PKK-nın 8 üzvü zərərsizləşdirilib

PKK-nın 8 üzvü zərərsizləşdirilib

Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsinə minaatan və raket buraxıcı qurğularla hücum edən bölücü terror təşkilatı PKK/YPG üzvü 8 terrorçu zərərsizləşdirilib.

SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında yer alan açıqlamada ""Fərat qalxanı" əməliyyatı bölgəsinə minaatan və raket buraxıcı qurğularla hücum edən PKK/YPG terrorçularına atəşə dəstək maşınlarımızla sərt cavab verildi. İlk məlumata görə, hücumu həyata keçirən 8 PKK/YPG terrorçusu zərərsizləşdirilib, maşınlar isə məhv edilib" ifadələrdən istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə