Meksikada cari ildə 4000-dən çox qeyri-qanuni miqrant müxtəlif cinayətlərdə iştirak etdikləri səbəb göstərilərək öz ölkələrinə ekstradisiya edilib.
SİA-nın rus mətbuatına istinad etdiyi xəbərə görə 2021-ci ilin əvvəlindən ölkənin müxtəlif bölgələrində oğurluq, narkotik qaçaqmalçılığı və cinsi istismar kimi bir çox cinayətdə əli olduğu təsbit edilən mühacirlərlə bağlı tədbirlər həyata keçirilib. Meksika Daxili İşlər Nazirliyinin Milli Miqrasiya İnstitutu (INM) bildirib ki, 2021-ci ildə 252 min immiqrant saxlanılıb. Onlardan 4468-i qətl, çirkli pul, narkotik ticarəti kimi federal cinayətlərlə ittiham edilərək deportasiya edilib. 320-si isə mənsub olduqları ölkələrinin müvafiq orqanlarının tələbi üzrə Meksikadan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB