Rusiya Prezidenti Vladimir Putin sabah axşam saatlarında amerikalı həmkarı Co Baydenlə telefona danışacaq.
SİA-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov TASS agentliyinə bildirib.
***
21.20
ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 30-da telefonla danışacaq.
SİA-nın xəbərinə görə bu barədə CNN telekanalı Ağ Evin nümayəndəsi Emili Horna istinadla məlumat yayıb. Məlumatda Baydenin rusiyalı həmkarı ilə sabah telefonla danışacağı bildirilir.
Emili Horn deyib: “Bayden hesab edir ki, Rusiya ilə münasibətdə heç nə liderlər arasında birbaşa dialoqu əvəz edə bilməz”.
Ağ Evdən daha sonra bildiriblər ki, telefon danışığı zamanı bir çox məsələ, o cümlədən diplomatik məsələlər müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB