Xəstəxananın Covid-19 bölməsində yanğın baş verib

Xəstəxananın Covid-19 bölməsində yanğın baş verib

Ukraynada xəstəxananın koronavirus şöbəsində baş verən yanğında 3 xəstənin öldüyü, 3 xəstənin yaralandığı açıqlanıb. SİA xarici mətbuata istinadən bildirir ki, Ukraynanın İvano-Frankovsk vilayətinin Kosiv şəhərindəki xəstəxananın Covid-19 xəstələrinin müalicə olunduğu bölmədəyanğın baş verib. Polisin verdiyi açıqlamada yanğın zamanı 3 xəstənin hadisə yerində öldüyü, 3 səhiyyə işçisinin isə yaralandığı bildirilib. Xəsarət alan tibb bacılarından birinin bədəninin böyük hissəsinin yanıqları səbəbindən vəziyyətinin ağır olduğu öyrənilib. İlkin araşdırmalar çərçivəsində yanğının şamdan başladığı və alovun yayılması ilə oksigen aparatının partladığı müəyyən edilib. Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə