Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb

Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb

Sudanın Kordofan əyalətində qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 38 nəfər olaraq qeyd edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sudanın Qərbi Kordofan əyalətində ötən gün qızıl mədəni çöküb və 31 nəfərin cəsədi tapılıb. Səlahiyyətlilər dünən 8 nəfərin itkin düşdüyünü bildirərkən, bu gün davam edən axtarış-xilasetmə əməliyyatları nəticəsində daha 7 nəfərin həyatını itirdiyi müəyyən edilib. Sudan Mineral Ehtiyatlar sözçüsü İsmael Tissou həyatını itirənlərin sayının 38 olaraq qeyd edildiyini, dağılan mədəndə itkin düşənlərin sayının hələ də dəqiq bilinmədiyini bildirib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə