“İstanbulda 18 mərtəbəli binada yanğın baş verib”

“İstanbulda 18 mərtəbəli binada yanğın baş verib”

İstanbulun Esenyurt bölgəsində yanğın baş verib. 18 mərtəbəli binada yanğında qalanlar pəncərələrə və eyvanlara çıxıblar. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Sağ qalanların xilas edilməsi üçün böyük səy göstərilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanğın 18 mərtəbəli binanın yuxarı mərtəbələrində baş verib. Güclü tüstüdən bəzi mənzillərdə insanlar köməksiz qalıb. Pəncərələrə, eyvanlara çıxanlar kömək gözləyirdi. Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Ekipajlar kömək gözləyən insanların xilas edilməsi və yanğının söndürülməsi üçün işə başlayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə