Sankt-Peterburqda danışıqlar başlayıb PUTİN VƏ LUKAŞENKO ARASINDA
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko danışıqlara başlayıb. SİA xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Görüş Sankt-Peterburqdakı Konstantin sarayında keçirilir.
Lukaşenko Sankt-Peterburqa MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti ərəfəsində gəlib.
Xatırladaq ki, tədbirdə prezidentlər cənab İlham Əliyev, Kasım-Jomart Tokayev, Sadır Japarov, Emomali Rahmon, Qurbanqulu Berdiməhəmmədov, Şavkat Mirziyoyev, eləcə də Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak ediblər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB