Arxeoloqların belə "biz aça bilmərik" dedikləri məzarın içinə baxıldı
3500 il əvvəl hökmdarlıq edən I Firon Amenhotepin mumiyasının içi rentgen şüaları ilə araşdırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl qəbri aça bilməyəcəklərinə qərar verən arxeoloqlar fironun dişlərinin salamat olduğunu görəndə şoka düşüblər. “Frontiers in Medicine” elmi jurnalında dərc edilən araşdırmanın arxasında duran qrupdan biri olan radioloq Seher Salim fironun fiziki olaraq atasına bənzədiyini, dar çənəsi, kiçik burnu və qıvrım saçları olduğunu söyləyib. Fironun dişləri də təxminən 3500 il əvvəl yaşamış biri üçün təəccüblü dərəcədə güclü və baxımlı idi. “Bir çox kral mumyalarının dişləri pis idi, amma Amenhotepin yaxşı dişləri var idi” deyə Salim bildirdi. Çiçək çələngləri və taxta üz maskası ilə bəzədilmiş firon mumyası çox zərif olduğundan arxeoloqlar heç vaxt onu açmağa cürət etmirdilər. 1881-ci ildə kəşf edilən qalıqlar 19-20-ci əsrlərdə tapılmış və hələ də açılmamış yeganə kral mumyası olaraq qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB