Səmada gəzdi

Braziliyalı Rafael Zuqno Bridi yerdən 1,8 kilometr hündürlükdə 2 isti hava şarı arasında sıx iplə gəzərək rekord qırıb. SİA xarici mətbuata istinadən bildirir ki, 34 yaşlı braziliyalı Rafael Zuqno Bridi Praia Qrande şəhərində inanılmaz rekorda imza atıb. Bridi yerdən 1,8 kilometr hündürlükdə havaya qalxan 2 isti hava balonu arasında uzanan 2,5 sm qalınlığında kəndir üzərində yeriyib. Beləliklə, o, "ən yüksək iplə gəzmək" rekordunun sahibi oldu. "Azadlıq hissini yaşamaq" üçün rekorda cəhd etdiyini ifadə edən Bridi, "Kiçik bir səhv fəlakətə səbəb ola bilər" dedi. Dünyanın ən hündür binası olan Burj Xəlifənin hündürlüyü 828 metrdir. Bridi isə bu hündürlükdən 1 kilometr hündürlüyə qalxaraq arzusunu həyata keçirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə