Bəzi plastik torbalardan istifadə qadağan ediləcək

Bəzi plastik torbalardan istifadə qadağan ediləcək

Xorvatiya hökuməti 2022-ci il yanvarın 1-dən etibarən qalınlığı 15-50 mikron (0,015-0,05 mm) olan plastik torbalardan istifadəni qadağan edib.

SİA xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Çoriç bildirib.

Nazir deyib ki, sözügedən torbalar dövriyyədən çıxarılması 2015-ci ildə bununla bağlı qəbul edilmiş direktivə uyğun həyata keçiriləcək: “Qarşıdakı dövrdə plastik torbaların digər növləri dövriyyədən çıxarılacaq. Bunlar təkrar istifadə edilə bilən kağız və neylon materiallarla əvəzlənəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə