Meksikadan dünya ölkələrinə neft ixracı 2023-cü ildə demək olar ki, tam başa çatacaq.
SİA xəbər verir ki, bu barədə “Pemex” dövlət neft-qaz şirkətinin rəhbəri Oktavio Oropesa keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, ölkədə yeni neft emalı müəssisələrinin fəaliyyətə başlaması ilə Meksikada hasil olunan bütün neft yerli zavodlarda emal ediləcək.
Qeyd edək ki, 2020-ci ilin sentyabrında Meksika prezidenti Andres Manuel Lopez Obrador da 2024-cü ildə hökumətin səlahiyyət müddəti bitmədən xaricə neft tədarükünü dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Hakimiyyət karbohidrogen ehtiyatlarını gələcək nəsillər üçün qoruyub saxlamaq niyətində olduğunu bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB