İzmir sahillərində 66 qeyri-qanuni miqrant xilas edilib

İzmir sahillərində 66 qeyri-qanuni miqrant xilas edilib

İzmir vilayətinin Çeşmə qəsəbəsində Yunanıstan tərəfdən Türkiyənin ərazi sularına itilənən 66 qaçqın xilas edilib.

SİA xəbər verir ki, Sahil Təhlükəsizlik Komandanlığının qrupları qəsəbə sahillərində nizamsız miqrant olduğuna dair məlumat qarşısında bölgəyə cəlb olunub.

Qrup Yunanıstan tərəfdən Türkiyənin ərazi sularına itələndiyi aşkarlanan 66 qeyri-qanuni miqrantı xilas edib.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə