Filippində qasırğa nəticəsində ölənlərin sayı 400-ə çatır

Filippində qasırğa nəticəsində ölənlərin sayı 400-ə çatır

Filippində “Rai” qasırğası nəticəsində ölənlərin sayı 400 nəfərə çatır.

SİA xəbər verir ki, bu barədə ölkədə təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şura məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 397 nəfər ölüb, 1 147 nəfər yaralanıb, 83 itkin var.

Qeyd edilir ki, ölkənin 4,23 milyondan çox sakini təbii fəlakətdən müxtəlif dərəcədə zərər çəkib, 284 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə