Əfqanıstandan ABŞ-a aparılan əfqanlar arasında ailələri tərifindən müşayiət edilməyən 1450 uşaq var.
SİA xəbər verir ki, avqust ayında Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra 100 mindən çox Əfqanıstan vətəndaşı ABŞ-a aparıldı.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti bu barədə məlumat yayıb. Bildirib ki, ölkədən təxliyə işləri zamanı ABŞ-na aparılanlar arasında 1450 uşaq var ki, onlar valideynləri olmadan ABŞ_a aparılıblar. Rəsmilər isə təxliyə edilən ailəsiz uşaqların bəzilərinin ABŞ-da sponsorlar və digər qohumları ilə yaşadığını, 250-nin isə hələ də hökumətin nəzarətində olduğunu qeyd edirlər. Lakin təxliyə edilən uşaqların valideynlərinə qovuşub-qovuşa bilməyəcəyi bilinmir. Bildirilir ki, Xaos mühitində reallaşan təxliyələr zamanı uşaqların bəziləri ailələrindən ayrılıb, bəzi ailələr isə Həmid Karzai Beynəlxalq Hava Limanına təşkil edilən terror hücumunda həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB