ABŞ kosmik şirkətlərinin hərəkətləri orbitdəki astronavtları təhlükə altına qoyur və ABŞ hökuməti beynəlxalq kosmik qanunlara hörmət etməyə başlamalı, müvafiq tədbirlər görməlidir. SİA xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zjao Liszyan deyib.
Qeyd olunur ki, bir qədər əvvəl Çinin BMT-dəki daimi nümayəndələri BMT-nin baş katibinə nota göndəriblər və orada bildiriblər ki, Çin orbital stansiyası Tianqonq ABŞ-ın SpaceX şirkətinin Starlink peykləri ilə toqquşmamaq üçün bu il iki dəfə manevr etməli olub. Notada həmçinin qeyd olunur ki, peyklər stansiyaya çox yaxınlaşaraq oradakı çinli astronavtların həyatını təhlükə altına alıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB