Rusiya ilə Ukrayna arasında gərginlik hər keçən gün artmağa davam edərkən, Kiyev rəhbərliyi mülki şəxsləri silahlandırmağa və onlara təlim verməyə başlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, beynəlxalq agentliklərin görüntülərində taxta silahlarla məşq edən mülki şəxslər diqqət çəkib. Mümkün bir işğal halında müharibəyə qatılıb-qatılmayacaqları soruşulan insanlar arasında aparılan sorğudan təəccüblü nəticələr əldə edilib. Fransanın France-Press (AFP) xəbər agentliyi Ukraynanın paytaxtı Kiyev yaxınlığında taxta silahlarla təlim keçirən ehtiyatda olan əsgərlərin fotolarını dünyaya təqdim edib.
Ukrayna paytaxtından bir qədər aralıda şam meşəsində saxta müharibə başlayıb. Komandirlər qışqıraraq əmr verdilər. Kamuflyaj geyinmiş insanlar ağacların arxasında gizləniblər. Yardım çağıran əsgər yerə yıxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB