Kiyev vilayəti işıqsız qalacaq YENİ İL ƏRƏFƏSİNDƏ

Kiyev vilayəti işıqsız qalacaq YENİ İL ƏRƏFƏSİNDƏ

Dekabrın 28-dən 31-dək Kiyevdə və Kiyev vilayətində yarımstansiyalarda və hava xətlərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində planlı fasilələr baş verəcək. SİA xəbər verir ki, bu barədə Ukraynalı iş adamı Rinat Axmetova məxsus DTEK şirkətlər qrupunun saytında məlumat yayılıb.

Şirkətin saytında yer alan ünvanlar siyahısına əsasən, elektrik enerjisinin kəsilməsi Ukrayna paytaxtının və regionun müxtəlif ərazilərinə təsir edəcək, xüsusən də onlarla yaşayış binası, ofis və digər dövlət qurumları işıqsız qalacaq.

Qeyd olunur ki, elektrik enerjisinin verilişində müvəqqəti fasilə saat 13.00-dan 19.00-dək baş verəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə