İran prezidenti İbrahim Rəisi 2022-ci ilin əvvəlində Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə çərşənbə axşamı İran hökumətinin sözçüsü Əli Bahadori deyib və Tasnim agentliyi Bahodaridən sitat gətirib.
“Raisi yeni, 2022-ci ilin əvvəlində Rusiyaya gedəcək və hazırda prezidentin siyasi məsələlər üzrə müavini səfər üçün plan hazırlayır”, deyə Əli Bahadori bildirib.
O qeyd edib ki, səfər zamanı Rəisi Tehran və Moskva arasında ikitərəfli və ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB