İranla danışıqlarda sərt mövqe tutmaq çağırışı İSRAİLİN BAŞ NAZİRİNDƏN GƏLDİ

İranla danışıqlarda sərt mövqe tutmaq çağırışı İSRAİLİN BAŞ NAZİRİNDƏN GƏLDİ

İsrailin baş naziri Naftali Bennet ölkəsinin İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə İranla "yaxşı" razılaşmanı dəstəkləməyə hazır olduğunu bildirib, lakin danışıqlar aparan ölkələri Tehrana qarşı daha sərt mövqe tutmağa çağırıb. SİA xəbər verir ki, baş nazir bunu Qalei İDF radiostansiyasına müsahibəsində deyib.

"Biz münaqişə axtarmırıq. Sonda bu, yaxşı sövdələşmə ola bilər. Sanki onun kozırları var", deyə baş nazir bildirib.

Diqqətə çatdıraq ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının yenilənməsi Vyanada danışıqların əvvəlki, yeddinci raundu noyabrın sonunda başlayıb. Danışıqların əsas mövzusu ABŞ-ın Tehrandan sanksiyalarının götürülməsi məsələsi olub. Dekabrın 17-də danışıqların yeddinci raundunun başa çatması elan edilib. Tərəflər iki saziş layihəsi üzrə razılığa gəliblər və Avropa tərəfi də İranın mövqeyini özündə əks etdirib.

Xatırladaq ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıblar. Razılaşma İranın dinc mahiyyətini təmin etmək üçün nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutur. 2018-ci ilin mayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp Tehrana qarşı sərt sanksiyaları birtərəfli qaydada geri götürmək və bərpa etmək qərarına gəlib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərini mərhələli şəkildə azaldacağını açıqlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə