BMT-nin rolu məhduddur QAÇQINLARIN GERİ QAYITMASINDA

BMT-nin rolu məhduddur QAÇQINLARIN GERİ QAYITMASINDA

BMT-nin qaçqınların qaytarılması prosesində rolu çox məhduddur və daxil olan maliyyə tələb olunan büdcənin yarısına belə çatmır. SİA xəbər verir ki, bu sözləri SAR-ın yerli özünüidarə nazirinin müavini Mootaz Kattan RİA Novosti-yə müsahibəsində deyib.

"Qaçqınların geri qaytarılması prosesində BMT-nin rolu çox simvolikdir. Humanitar sahədə əməkdaşlığa dair razılaşmalara əsasən, son illər ərzində cəlb olunan məbləğ həmişə əvvəllər nəzərdə tutulandan az olub", deyə Kattani bildirib.

Rəsminin sözlərinə görə, “son illərdə BMT-dən maliyyələşdirmə nəzərdə tutulan həcmin 50%-ni keçməyib və bu da öz növbəsində böyük çətinliklərə səbəb olub”.

Xatırladaq ki, Suriyada 2011-ci ildən silahlı qarşıdurma davam edir. Terrorçular üzərində qələbə elan edildikdən sonra siyasi həll, Suriyanın yenidən qurulması, qaçqınların geri qayıtması ön plana çıxıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə