Türkiyədə dekabrın 1-dən koronavirusun yeni "Omikron" ştammına 42 yoluxma halı qeydə alınıb.
SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, "Omikron" ştammına yoluxma halları İstanbul (30), İzmir (6), Şırnak (1), Diyarbakır (1), Kütahya (2) və İspartada (1) qeydə alınıb.
Bundan əlavə, Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 157 nəfər vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB