Avropada yeni koronavirus tədbirləri həyata keçirilir

Avropada yeni koronavirus tədbirləri həyata keçirilir

Fransa "Omikron" variantına görə epidemiyaya qarşı görülən tədbirləri sərtləşdirməyə qərar verib. SİA xarici mətbuata istinadən bildirir ki, yanvarın 3-dən ölkədə mövcud olan iş yerləri üçün uzaqdan iş məcburi olacaq. Bundan əlavə, qapalı fəaliyyətlər 2000 nəfərlə məhdudlaşdırılacaq.

Şənbə günü ölkə üzrə koronavirusa yoluxanların sayı 100 mini keçib. Bu, pandemiyanın başlanmasından bəri ölkədə qeydə alınan ən yüksək göstəricidir. Yeni məhdudiyyətlərin bir hissəsi olaraq açıq havada toplaşmalar da 5000 nəfərlə məhdudlaşdırılacaq. Gecə klubları ikinci qərara qədər bağlanacaq.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə