Prezident Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçirilən 8-ci Necip Fazıl Mükafatlarının təqdimat mərasimində çıxışında: “Dəyişim həyatın faktıdır. Lakin dəyişimlə degenerasiya arasında kəskin fərq var. Bəşəriyyət son 2 əsrdə qədim dəyərlərinin zədələndiyi böyük transformasiya, bir aspektdə degenerasiya yaşayıb.
Müasirləşmə ilə yanaşı, insanların, təbiəti, ətraf mühiti və həyatı paylaşdıqları digər canlılar ilə əlaqəli fikirləri də dəyişdi. Türkiyənin istər beynəlxalq münasibətlərdə, istərsə də iqtisadiyyatda "Dünya beşdən böyükdür" şüarı ilə apardığı mübarizəsi istismar və zülm üzərində qurulan mövcud nizamda dəyişiklik aparılması uğrunda atılan addımlara töhfə verməyi məqsəd götürüb. Elm, hikmət, əxlaq və ədalət əsasları üzərində qurulan İslam sivilizasiyası dünyanı gözəlləşdirmək və bütün məxluqlar üçün daha yaşana bilən imkanlara qovuşdurmaq istəyir”.
Qeyd edək ki, SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB