120 min tacikin Rusiyaya giriş qadağası götürülüb

120 min tacikin Rusiyaya giriş qadağası götürülüb

Rusiya ərazisində xırda qayda pozuntularına yol vermiş 120 min Tacikistan vətəndaşının ölkəyə giriş qadağası götürülüb.

SİA xəbər verir ki, bu barədə mətbuat konfransında Rusiya Daxili İşlər Nazirliyinin Tacikistandakı nümayəndəsi Aleksey Eqorov bildirib.

Onun sözlərinə görə, 120 min tacikistanlı 2021-ci ilin sentyabrında imzalanmış bir sıra sazişlər çərçivəsində tətbiq edilən amnistiyaya düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə