Son illər NATO Rusiyanın maraqlarına məhəl qoymayıb və Moskva əməkdaşlıq etməyə çalışarkən alyans bərabərhüquqlu dialoq aparmaqdan imtina edir. SİA xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin hərbi attaşelər və xarici səfirliklərin akkreditə olunmuş nümayəndələri üçün keçirdiyi brifinqdə bəyan edib.
"Alyans ardıcıl olaraq Rusiyanın maraqlarına məhəl qoymayıb və mövcud problemlərin ədalətli müzakirəsindən yayınıb. Məsələn, 2008-ci ildə Gürcüstanda baş verən hadisələrin təsiri altında 2009-cu ildə Rusiyanın ikitərəfli münasibətlərin soyuması fonunda qarşılıqlı təhlükəsizlik təminatlarını gücləndirmək üçün nəzərdə tutulmuş yeni hərtərəfli saziş bağlamaq təklifi rədd edilib”, deyə Fomin bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB