Amerikalı bioloq, yazıçı və iki dəfə Pulitzer mükafatı laureatı, "Müasir Darvin" adlandırılan Edvard Osborn Uilson bazar günü 92 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə E.O.Wilson Biomüxtəliflik Fondu məlumat yayıb.
"E.O. Wilson Biomüxtəliflik Fondu görkəmli alim, təbiətşünas, yazıçı, pedaqoq və ilhamverici Edvard O. Vilsonun vəfatından dərin kədər hissi keçirir", deyə fondun məlumatında qeyd olunur.
Qeyd olunur ki, Uilson Massaçusets ştatının Burlinqton şəhərində vəfat edib.
Xatırladaq ki, Harvard Universitetində dərs deyən Vilsonu “Darvinin varisi” və ya “21-ci əsrin Darvini” adlandırırlar. O, xüsusən də qarışqalar üzrə dünyanın ən böyük mütəxəssislərindən biri olub, 400-dən çox qarışqa növünü kəşf edib və təsvir edibdir. Wilson 1995-ci ildə Time nəşri tərəfindən 25 ən nüfuzlu amerikalıdan biri seçilib və 2005-ci ildə "Foreign Policy" jurnalı tərəfindən dünyanın ən yaxşı 100 ziyalısından biri olaraq qeyd olunub. Vilson belə siyahılarda dəfələrlə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB