“...Bəli, bu gün bölgə qaynayan qazana bənzəyir və mövcud vəziyyətdən qaynaqlanan təhlükələri qiymətləndirməmək olmaz”.
Qeyd edək ki, bunu erməni politoloq Qrant Melik-Şahnazaryan Ermənistan ətrafında yaşananlara münasibət bidirərkən deyib. Politoloqun fikrincə, hazırda Ermənistanda milli maraqların qorunmasını qarşısına məqsəd qoyan hökumət yoxdur və bu təhlükələr hər gün daha çox hiss olunmaqdadır.
Bəs, nə etməli? Melik-Şahnazaryan bunun da cavabını verir: ayağa qalxmalı. Yəni onun dediyindən belə anlaşılır ki, erməni xalqı bu təhlükəni aradan qaldırmaq üçün “yetərincə” addımlar atmayınca, heç kim onlara kömək etməyəcək.
Maraqlıdır ki, 2020-ci ildən etibarən Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi proseslərin ən mühüm oyunçularından birinə çevrildiyini bildirən erməni politoloq bu il Ankaranın öz mövqelərini artıq möhkəmləndirdiyini, gələn, 2022-ci ildə isə geosiyasi məsələlərin, o cümlədən regional təhlükəsizliklə bağlı məsələlərin həllində Rusiyanın dominant mövqelərinə meydan oxuyacağını bildirir. Deməli, bu gün yıxılan Ermənistanın, sabah ayaqlar altında qala biləcəyə labüddür.
Bəs, belə olan halda nə etməli?
Qeyd edək ki, burada əsas məsələlərin həllində erməni müxalifətinin öndə olmasını istəyən Qrant Melik-Şahnazaryan təəssüflə də olsa, bu arzusunun reallaşacağına inanmadığını bildirir. Niyə, çünki bu gün ölkədə xalqın
erməni müxalifətətinə heç bir inamı olmadığını etiraf etmək məcburiyyətində qalır.
Maraqlıdır ki, o dediklərinin sübutu kimi nümunələr də gösrərir. İlk olaraq bu günkü hakimiyyətin Ankara ilə diplomatik əlaqələr quran sənədləri imzalayacağına şübhəsinin olmadığını bildirən erməni politoloq, başqa bir əsas kimi son ölkədə keçirilən son seçkiləri göstərir.
Belə ki, Ermənistandakı son yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə, məlum olduğu kimi, sadə ermənilər artıq müxalif qüvvələrinə deyil, öz həmvətənlərinə səs verdilər
Təbii ki, bu da ölkədəki sadə insanların erməni müxalifətinə olan inamsızlığı ilə bağlıdır. Əslində, onlar bəlkə haradasa haqlıdırlar da... Axı, dünənə qədər sadə ermənilərə qənim kəsilib, onları soyub talayan Robert Köçəryan və ya Serjik Sarkisyan kimilədən nə müxalifət?
Məhz elə buna görə də, bəzi erməni səlahiyyətlilərinin sabiq erməni müşavir Jirayr Liparityandan sonra Ermənistan-Türkiyə danışıqlarına qatılacaq Ruben Rubinyanın növbəti “türk casusu” kimi təqdim etməyə çalışmaları sadə ermənilər üçün elə də inandırıcı görünmür.
“...Vəziyyətimiz acınacaqlıdır, cənablar”. Bunu isə özünü erməni müxalifətinin nümayəndəsi kimi rəqdim edən Aşot Qulyan adlı biri həmvətənlərinə xitabən etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB