Əfqanıstanla sərhəddə vəziyyət narahatedicidir PUTİN BƏYAN EDİB

Əfqanıstanla sərhəddə vəziyyət narahatedicidir PUTİN BƏYAN EDİB

Əfqanıstanla sərhəddə vəziyyət həyəcan verici və narahatedicidir. SİA xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonla görüşündə deyib.

"Tacikistan bizim sadiq, etibarlı yaxın müttəfiqlərimizdən biridir. Biz bütün sahələrdə əlaqələri çox fəal şəkildə inkişaf etdiririk. Bu, təhlükəsizlik məsələlərinə də aiddir. İndi Əfqanıstanla sərhəddəki vəziyyət müəyyən həyəcan və narahatlıq doğurur", deyə Putin bildirib.

O qeyd edib ki, bu narahatlığı bölüşür və digər məsələlərlə yanaşı, Rusiya Tacikistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək edir.

Rəhmon da öz növbəsində müxtəlif məsələləri müzakirə etməyə hazır olduğunu bildirib.

"Biz mədəni-humanitar əlaqələri fəal şəkildə inkişaf etdiririk, təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik. Mən sizinlə əlaqələrimizin vəziyyətini və perspektivlərini, Əfqanıstan məsələlərinə xüsusi diqqət yetirməklə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram", deyə Emoməli Rəhmon qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə