Minlərlə uçuş təxirə salındı

Minlərlə uçuş təxirə salındı

Aviaşirkət işçiləri arasında koronavirusa yoluxma hallarının çoxalması səbəbindən həftə sonu ən azı 7 min reys ləğv edilib. SİA xarici mətbuata istinadən bildirir ki, ləğvlərdən ən çox Amerika və Çin aviaşirkətləri təsirlənib.

Təkcə bu gün 2000-ə yaxın reys ləğv edilib. ABŞ-da ən çox uçuşu ləğv edən şirkətlər Delta, United və Jet Blue olub. Çində Çin Şərq Hava Yolları təkcə bazar günü 390 reysi ləğv edib. Yeni reyslərin ləğvi ilə bağlı bu gün elan ediləcəyi gözlənilir. Koronavirusun "Omicron" variantı bir çox ölkədə ən dominant varianta çevrilib. İndiyədək dünyada təxminən 5 milyon 400 min insan koronavirusun yaratdığı Kovid-19 xəstəliyi nəticəsində dünyasını dəyişib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə