İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.
SİA xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus “RİA Novosti”yə bildirib.
"Hökumətin iclası zamanı qızının koronavirus testinin müsbət çıxdığını öyrənən Baş nazir dərhal iclası tərk edib", - Yonatan-Leus vurğulayıb.
Hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik etməli olub.
Bennet PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də ətrafında koronavirusa yoluxma halları aşkar olunması səbəbindən özünü təcrid etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB