Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxma halları artacaq”.
SİA xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, bu günədək ölkədə 51 nəfərin koronavirusun “omikron” ştamına yoluxduğu təsdiqlənib. Onlardan 5-i azyaşlıdır. Uşaqların 1-i xəstəxanaya yerləşdirilib.
Mərkəz rəhbəri deyib ki, hələlik “omikron” ştamına yoluxma əhalinin 0,6-0,7 faizini təşkil edir. Mütəxəssislər bu göstəricinin daha da artacağını proqnozlaşdırırlar.
Bu gün daha onlarla insanın “omikron”a yoluxduğu ehtimalı var və hazırda araşdırmalar davam edir.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma halları da artmaqda davam edir. Son sutka ərzində ölkədə daha 1661 nəfər koronavirusa yoluxub, 69 nəfər isə pandemiyanın qurbanı olub.
Bununla da ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 924 min 368-ə, ölənlərin sayı isə 13 min 512-yə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB