Liviya Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Liviya sahillərində boğulan 27 miqrantın cəsədini tapıblar, təşkilatın Homsdakı bölməsinin bəyanatına görə, 3 nəfər xilas edilib. SİA xəbər verir ki, bu barədə cəmiyytin Facebook-da edilən açıqlamada deyilir.
“Şənbə günü gecə saatlarında Liviya Qızıl Aypara Cəmiyyətindən bir qrup Alus bölgəsindəki sahildən bir körpə də daxil olmaqla 17 cəsəd tapıb. Bundan əlavə, Sahil Mühafizəsi ilə əməkdaşlıq edən bir qrup başqa yerlərdə ikisi qadın olmaqla 10 cəsəd aşkara çıxarıb. Üç miqrant isə xilas edilib," deyə açıqlamada bildirilir.
Açıqlamaya görə, xilas edilən miqrantlara tibbi yardım göstərilib. Dənizdə sağ qalanların axtarışları davam edir.
Xatırladaq ki, 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviya faktiki olaraq vahid dövlət kimi fəaliyyətini dayandırıb. Eyni zamanda, ölkə Avropaya getmək istəyən qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB