Braziliyanın Fortaleza şəhərində futbol meydançasında qeyd olunan Milad bayramı zamanı atışma baş verib.
SİA-nın məlumata görə, bu barədə Seara ştatının İctimai Təhlükəsizlik Katibliyindən bildiriblər.
Bildirilir ki, atışma nəticəsində 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. İnsidentlə əlaqədar 3 nəfər polislər tərəfindən saxlanılıb.
Yerli KİV-lərin məlumatına əsasən, atışma cinayətkar qruplaşmalar arasındakı münaqişə zəminində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB