Qırğızıstan-Tacikistan sərhədində insident olub

Qırğızıstan-Tacikistan sərhədində insident olub

Qırğızıstan-Tacikistan sərhədində insident olub.

SİA xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

Belə ki, Tacikistan vətəndaşları sərhədə yaxın Qırğızıstan sakinlərinin avtomobillərinə daş atıblar.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti ölkə vətəndaşlarının xəsarət almadığını bildirib.

İnsidentdən dərhal sonra Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəisləri arasında görüş keçirilib və onlar vəziyyəti sabitləşdirmək üçün əlavə sərhəd patrulları yerləşdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə