Myanmanın şərqində, Karen ştatının ərazisinə aid kəndlərin birində uşaqlar da daxil olmaqla ən azı 35 nəfərin yanmış qalıqları tapılıb.
Qəzetin məlumatına görə, cəsədlər səkkiz ayrı-ayrı avtomobildə tapılıb. SİA bu barədə rus mətbuatına istinad edir.
Qeyd olunur ki, hadisə yerində ilk olaraq yanan avtomobillərdən qatı tüstünün çıxdığı müşahidə olunub, lakin güclü alov səbəbindən insanların qalıqlarını tapmaq dərhal mümkün olmayıb.
Hələlik faciəvi şəkildə ölən insanların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Hadisənin qəsdən, hərbçilər tərəfindən törədildiyi istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB