Palma adasında (Kanar adaları, İspaniya) vulkan püskürməsi başa çatıb. SİA xəbər verir ki, bu barədə hakimiyyət rəsmi məlumat yayıb.
"Bu gün püskürmə başa çatdı. Elmi komitə etimad yaradan əlamətlərin qorunub saxlanmasını təsdiqləyib. Heç bir lava, heç bir piroklastlar, heç bir əhəmiyyətli qazlar, əhəmiyyətli zəlzələlər, yeraltı təkanlar, əhəmiyyətli deformasiyalar yoxdur. Püskürmə 85 gün 8 saat davam edib", deyə məlumatda bildirilir.
Qeyd olunur ki, dəymiş ziyanın ölçüsü “böyükdür”, püskürmənin başa çatması isə “fövqəladə vəziyyətin bitməsi demək deyil” və təhlükə səviyyəsi qırmızı səviyyədə qalacaq.
Səlahiyyətlilərin planlarına görə, evləri lava ilə tamamilə dağılmamış yerli sakinlər yanvarın birinci yarısında bu zonaya qayıda biləcəklər, ondan əvvəl isə, məsələn, su təchizatı kimi əsas xidmətlərin bərpası lazımdır.
Qeyd edək ki, Cumbre Vieja silsiləsində baş verən püskürmə Palma adasının tarixində ən uzun püskürmədir.
Xatırladaq ki, Palma adasında vulkan püskürməsi sentyabrın 19-da başlayıb. Ötən həftənin əvvəlində vulkan görünən fəaliyyətini dayandırıb, lakin ekspertlər püskürmənin dayandırılması ilə bağlı rəsmi açıqlama verməyə tələsməyiblər, müəyyən vaxtın keçməsini gözləyirdilər, bu müddət ərzində aktivlik bərpa olunmayıb. Püskürmə zamanı lava 1,2 min hektardan çox ərazini əhatə edib, 1600-dən çox bina dağılıb, yaşayış binalarının əksəriyyəti, 74 kilometr yol zədələnib, 7 mindən çox insan təxliyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB