ABŞ-a işləməyə gedəcək Avstriyanın keçmiş kansleri KORRUPSİYADA ŞÜBHƏLİ BİLİNİR
Avstriyanın keçmiş kansleri Sebastian Kurz özəl şirkətdə işləmək üçün yanvarın sonunda ABŞ-a gedəcək. SİA xəbər verir ki, bu barədə Esterreich qəzeti onun ətrafındakı mənbələrə istinadən məlumat dərc edib.
Qəzetin yazdığına görə, Milad bayramından əvvəl Kurz firmalardan biri ilə müqavilə imzalayıb. İndi Avstriya hökumətinin keçmiş rəhbəri investisiya sahəsində fəaliyyətə başlayacaq. Siyasətçinin gələcək illik gəliri 500 min avro olaraq qiymətləndirilir.
Qeyd edilir ki, Kurz vaxtının çox hissəsini ailəsi ilə birlikdə ABŞ-da keçirəcək, bəzən Avstriyaya da gələcək.
Diqqətə çatdıraq ki. Kurz 9 oktyabr 2021-ci ildə təqaüdə çıxacağını elan etişdi. Yeni kansler əvvəllər xarici işlər naziri vəzifəsində çalışmış Aleksandr Şallenberqdir. Dekabrın əvvəlində Kurz siyasətdən tamamilə uzaqlaşmaq qərarına gəlib.
Xatırladaq ki, Kurzla bağlı bu ilin yazından korrupsiyada əlbir olmaq və yalan ifadə verməklə bağlı araşdırma aparılır. May ayında İqtisadi İşlər və Korrupsiya üzrə Prokurorluq onu 2019-cu ildə hökumət böhranına səbəb olan “İbiza işi”ndə şübhəlilər siyahısına daxil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB