ABŞ bu ölkələrə tətbiq etdiyi səyahət məhdudiyyətini qaldırır

ABŞ bu ölkələrə tətbiq etdiyi səyahət məhdudiyyətini qaldırır

ABŞ rəhbərliyi Covid-19-un “Omicron” variantı səbəbiylə Cənubi Afrikaya və regionun 7 ölkəsinə tətbiq etdiyi səyahət məhdudiyyətinə son qoyur.

SİA-nın Amerika mətbuatına istinad etdiyi xəbərinə görə Bayden administrasiyası “Omicron” səbəbiylə 8 Afrika ölkəsinə səyahət məhdudiyyətini 31 dekabr tarixindən etibarən qaldıracaq. “Omicron” ştammının ölkədə sürətlə yayıldığına və dominant varianta çevrildiyinə diqqət çəkən bir çox Amerikalı rəsmi daha qadağanın əsassız olduğunu qeyd ediblər.

Xəbərdə bildirilir ki, qəbul edilən yeni qərala Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə tətbiq edilən səyahət məhdudiyyəti 31 dekabrdan etibarən qaldırılacaq.

Qeyd edək ki, Məhdudiyyət çərçivəsində ABŞ vətəndaşı və ya rezidenti olmayan şəxslər sözü gedən ölkələrdən ABŞ-a səfər edə bilmirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə