Gəmidə epidemiya baş verib

"Omikron" variantının təsiri ilə bu həftə üçüncü dəfə koronavirus hadisələrinin ən yüksək səviyyəyə çatdığı Florida ştatında kruiz gəmisində Covid-19 epidemiyası baş verib. Gəminin iki fərqli nöqtəyə daxil olmasına icazə verilməyib, neçə sərnişinin virusa yoluxduğu açıqlanmayıb. SİA xarici mətbuata istinadən bildirir ki, "Carnival Freedom" gəmisindəki açıqlanmayan sayda sərnişin və ekipajın virusa yoluxduğu və bu səbəbdən gəminin Bonaire və Arubaya girişinə icazə verilməyib.

2497 sərnişini və 1112 nəfərlik heyəti olan gəmi 8 günlük səyahətdən sonra bazar günü Mayamiyə qayıtmalı idi. Səlahiyyətli şəxslərin verdiyi açıqlamaya görə, gəmiyə minməzdən əvvəl sərnişinlərin peyvənd edilməsi və hamısının sınaqdan keçirilməsi tələb olunub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə