Türkiyədə hava limanlarının sayı artırılır

Türkiyədə hava limanlarının sayı artırılır

Gələn il Türkiyədə hava limanlarının sayı 56-dan 61-ə yüksələcək.

SİA xəbər verir ki, Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu barədə məlumat yayıb. Bildirib ki, Hazırda 56 hava limanı intensiv şəkildə fəaliyyət göstərir. 2022-ci ildə ölkədəki hava limanı sayını 61-ə çatdıracayıq.

Karaismailoğlu İstanbulda jurnalistlərə verdiyi açıqlamasında: “Hava yolu sahəsində olduğu kimi dəmir yolları sahəsində də yeni layihələr həyata keçirdik. Ölkədəki bütün dəmir yollarının əsaslı təmir işlərini apardıq. Hazırda 4 min kilometrlik yüksək sürətli qatar layihəsinin tikinti işləri aparılır. Layihə tamamlandıqda yük nəqliyyatı da sürətli qatarla reallaşdırılıcaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə