Yunanıstanın Paros adası yaxınlığında mühacirləri daşıyan qayığın batması nəticəsində azı 13 nəfər ölüb. Ölkədə bir həftə ərzində üçüncü dəfə miqrant qayığı batarkən, çərşənbə günündən bəri ümumilikdə 27 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən bildirir ki, miqrant qayığı Yunanıstanda bir həftə ərzində üçüncü dəfə batıb. Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, Paros adasında baş verən fəlakətdə 80-ə yaxın immiqrantı daşıyan qayığın batması nəticəsində 13 nəfər həyatını itirib, 62 nəfər isə xilas edilib. Başlanmış axtarış-xilasetmə əməliyyatları 5 sahil mühafizə patrul qayığı, 9 gəmi, bir helikopter və bir hərbi nəqliyyat təyyarəsi və sahil mühafizəsi dalğıcları ilə davam edir.
Yunanıstanın dənizçilik naziri Giannis Plakiotakis Egey dənizində baş verən fəlakətlərə görə qaçaqmalçı qrupların məsuliyyət daşıdığını bildirib. Nazir Plakiotakis verdiyi ya açıqlamada, "Dəstələr insan həyatına biganədirlər. Onlarla xilasedici jiletsiz insanı ən elementar təhlükəsizlik standartlarına cavab verməyən gəmilərə yığırlar" dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB