Avropa Milad bayramını qeyd edir COVID-19-UN NÖVBƏTİ DALĞASI FONUNDA
Ardıcıl ikinci ildir ki, Avropa növbəti koronavirus dalğası və məhdudiyyətlər fonunda Milad bayramını qeyd etməyə hazırlaşır. SİA xəbər verir ki, “RİA Novosti”nin yerli müxbirləri avropalıların bu il nədən məhrum olduqlarını araşdırıblar və qeyd olunur ki, bəzi ölkələrdə bayram günlərini qeud etmələr əslində qadağandır, amma insanlara hələ də şənlik fürsəti saxlanılıb.
Qeyd olunur ki, hətta Milad bayramını evdə ailəsi və dostları ilə qeyd etmək ənənəsinə baxmayaraq, bəzi ölkələrin səlahiyyətliləri bir evdə qonaqların sayına məhdudiyyət tətbiq etməklə məhdudlaşdırmağa çalışırlar. Ancaq peyvənd edilmiş və peyvənd olunmayanlar üçün şərtlər çox fərqli ola bilər.
Bildirilir ki, ən ciddi məhdudiyyətlərdən biri açıq havada hər hansı kütləvi tədbirin keçirilməsinə tam qadağa qoyulması olub. Yunanlar, almanlar, şotlandlar şənliklərindən məhrum olublar. Londonda məşhur Trafalqar meydanında bayramın qeyd olunması və atəşfəşanlığı ləğv edilib. Hollandiyada da Milad bazarları yoxdur.
Almaniya, Çexiya və Hollandiya olmaqla bəzi ölkələrin sakinləri atəşfəşanlığı özləri təşkil etmək imkanından məhrum olublar. Yalnız fişəngləri atmaq deyil, həm də satmaq belə qadağandır.
Xatırladaq ki, restoranda və ya diskotekada toplaşmaq hər yerdə mümkün deyil. Məsələn, Hollandiyada bütün barlar və restoranlar ümumiyyətlə bağlıdır. Almaniyada isə klublar və diskotekalar bağlanıb. Başqa yerlərdə də müəssisələrin açılmasına məhdudiyyətlər qoyulur, hər yerdə maskalar və peyvəndlərin olunub-olunmaması yoxlanılır və ya testlər ediir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB