Birləşik əkizlər iş tapdılar

Sohna və Mohna adlı bilrəşmiş əkizlər iş tapdılar. SİA xarici mətbuata istinadən bildirir ki, əkizlərin hər biri ayda təxminən 100 funt sterlinq qazanacaq. 19 yaşlı əkiz qardaşlar Hindistanın Pəncab şəhərində yaşayırlar.

Əkizləri uzun müddət bundan əvvəl valideynləri tərk ediblər. Əkizlər ilk iş yerlərini tapdıqları üçün çox sevincli olduqlarını bildiriblər. Amma Amritsar şəhərindən olan Sohna və Mohna Singh üçün xəbəri daha da yaxşılaşdıran odur ki, onların hər ikisi maaş alacaqlar. Dövlət elektrik müəssisəsində elektrik işləyəcək əkizlər bunun "arzularındakı iş" olacağını deyiblər. Əkizlər körpə ikən atılıb və yoxsul ailələrin uşaqları üçün sığınacaqda yaşayırdılar.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə