“Naftoqaz” alternativ tapmadı RUSİYA QAZINA

“Naftoqaz” alternativ tapmadı RUSİYA QAZINA

Ukrayna hələ ki, alternativ mənbələrdən qaz axınını təmin edə bilmir. SİA xəbər verir ki, bu barədə "Naftoqaz" şirkətinin rəhbəri Yuri Vitrenko “RBC-Ukrayna”ya müsahibəsində bildirib.

"Fiziki olaraq mayeləşdirilmiş təbii qaz ilə gəmilər Ukraynaya daxil ola bilməz. Hətta Polşadakı terminaldan da yenidən qazlaşdırılmış borularla mayeləşdirilmiş təbii qaz Ukraynaya fiziki olaraq daxil ola bilməz", deyə top menecer şikayətlənib.

Onun sözlərinə görə, bunun üçün Polşa ərazisində qaz kəməri sistemini modernləşdirmək lazımdır.

“Fiziki olaraq Almaniyadan Polşadan keçən qaz Ukraynaya daxil ola bilər, bunun üçün Polşa tərəfində Ukrayna ərazisinə daha yaxın olan bu “darboğazları” genişləndirmək, böyütmək, investisiya qoymaq, infrastruktur lazımdır”, deyə Vitrenko izah edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə