“Google Earth” tətbiqinə yaxlanan “kabus təyyarə” gündəm oldu

“Google Earth” tətbiqinə yaxlanan “kabus təyyarə” gündəm oldu

Radarlara düşmədiyi üçün “kabus təyyarə” kimi tanınan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançı təyyarəsi Missuri ştatında fermanın üzərindən uçarkən “Google Earth” tətbiqinin peyk görüntülərində aşkar edilib, sosial mediada ələ salınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial xəbər və müzakirə saytı Reddit-də "u/Hippowned" adlı istifadəçi "Google Earth"də "görünməzlik xüsusiyyəti" olan 2 milyard dollarlıq təyyarəni görüb hadisəni platformada paylaşıb.

"Independent Turkish"nin xəbərinə görə, sosial xəbər və müzakirə saytı Reddit-də "u/Hippowned" adlı istifadəçi "Google Earth"də "görünməzlik xüsusiyyəti" olan 2 milyard dollarlıq təyyarəni görüb hadisəni platformada paylaşıb. İstifadəçi “Bir fermerin evinin üzərindən onun tarlasına doğru uçan bir ruh bombardmançı var və bu olduqca gülməlidir” şərhini yazıb. "Google Earth"də təyyarənin “tutulması” zarafat mövzusu olub, 3000-dən çox şərh gəlib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə