Türkiyə, Rusiya və İranın iştirakı ilə uzun fasilədən sonra Astana prosesi ilə bağlı 17-ci iclas keçirildi. 21-22 dekabr 2021-ci ildə Nur-Sultanda keçirilən Suriya üzrə Yüksək Səviyyəli görüşdə Suriyadakı ümumi vəziyyət, terror və separatizmlə mübarizə və qaçqınların geri qaytarılması məsələləri müzakirə edildi. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Bir müddətdir Suriya sahəsində ciddi hərbi əməliyyatlar aparılmasa da, siyasi həll prosesində də tıxanma gündəmdə idi. Belə bir konyukturada Türkiyə, Rusiya və İran nümayəndə heyətləri uzun müddətdən sonra 17-ci tur görüşləri üçün Nur- Sultanda yenidən bir araya gəldilər. Astanada keçirilən danışıqların 17-ci raundunda Suriyadakı mövcud vəziyyət müzakirə olunsa da, tərəflərin mövqelərində hələlik heç bir dəyişiklik olmadığı görünür. Yığıncaqdan sonra yayılan bəyanatda “Siyasi həll prosesində son hadisələr, İdlibdəki vəziyyət, humanitar yardımlar və terrorla mübarizə müzakirə edilib” ifadələrindən istifadə edildikdə, xüsusilə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında “Tərəflər terrorla mübarizə bəhanəsi ilə həyata keçirilməyə cəhd edilən qeyri-qanuni özünüidarə cəhdlərinin qəbuledilməz olduğunu vurğuladılar. Fəratın şərqində separatçı təşkilatlanmaların mülki şəxslərə qarşı artan hücum və təzyiqlərindən dərin narahatlığımızı ifadə etdik və bu kontekstdə PKK/YPG terror təşkilatı ilə mübarizədə qətiyyətimiz vurğulandı" ifadələri xüsusilə əhəmiyyət kəsb edir.
Türkiyə Rusiya və İranın PKK/YPG terror təşkilatına qarşı ikili siyasətindən ciddi şəkildə narahat olmaqda davam edir. Rusiyanın Suriya rejimi ilə PKK/YPG arasında apardığı danışıqlar, Türkiyənin mümkün hərbi əməliyyatlarına qarşıdurma cəhdləri bu kontekstdə Türkiyənin şübhələrini artırır.
Terror təşkilatı PKK/YPG hazırda hələ də Fəratın şərqində təqribən 45-50 min kvadrat kilometr əraziyə nəzarət edərkən, bu bölgələrdə xüsusilə Türkiyə sərhəd xəttlərində Rusiya və rejim qüvvələri də PKK/YPG terror ünsürləri ilə birlikdə hərəkət etməkdə davam edirlər. Daha cənubda isə ABŞ əsgərləri var. Yenə Fəratın qərbində Tel Rifat və Mənbicdə də oxşar mənzərə hakimdir. PKK/YPG ünsürləri bu bölgələrdən Türkiyənin nəzarətində olan ərazilərə qarşı terror fəaliyyətləri üçün istifadə edir və zaman-zaman birbaşa türk əsgərlərinə qarşı terror aktları həyata keçirir. Türkiyənin mövcud vəziyyəti qəbul etməsindən söhbət gedə bilməz. Prezident Ərdoğanın daha əvvəl də bəyan etdiyi kimi, ya bu bölgələrdəki terrorçu ünsürlər Rusiya və Rejim tərəfindən tamamilə təmizlənəcək, ya da Türkiyə birbaşa hərbi əməliyyat təşkil edəcək.
Rusiyanın Türkiyənin həssaslıqları və terror təşkilatı PKK/YPG mövzusunda milli təhlükəsizliyi ilə bağlı təhdidləri dərk edərək addım atması lazımdır, əks halda Suriyada həll yolu tapmaq və hər tərəfin itki verməsi burulğanından çıxa bilmək qeyri-mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB