Yunanıstanın sahil mühafizəsi Paros adası yaxınlığında 57 miqrantı xilas edib.
SİA xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (AMNA) məlumat yayıb.
Bundan əlavə, sahildə iki miqrantın meyiti aşkarlanıb.
Batmış yelkənli gəmidə olan daha 21 nəfərin axtarışı davam edir. Ümumilikdə gəmidə 80-ə yaxın miqrant olub.
Axtarışda doqquz gəmi, bir helikopter, C-130 təyyarəsi və dalğıclar iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB