Fransa ardıcıl ikinci gün COVID-19-a yoluxmada rekord göstərdi

Fransa ardıcıl ikinci gün COVID-19-a yoluxmada rekord göstərdi

Fransada son sutka ərzində 94,1 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb.

SİA-nın məlumatına görə, bu barədə "BFM TV" telekanalı bildirib.

Bu, ölkədə koronavirus pandemiyasının başlanmasından bəri ən yüksək xəstələnmə göstəricisidir. Əvvəlki antirekord, bir gün əvvəl qeydə alınan gündəlik 91,6 min yoluxma faktı olub.

Son 24 saat ərzində Fransada koronavirusla bağlı rekord sayda test verilib - 1,55 milyon test.

Bütün xəbərlər Facebook səhifəmizdə