...Əfqanıstanın 5 hava limanında birgə fəaliyyət göstərəcəklər

...Əfqanıstanın 5 hava limanında birgə fəaliyyət göstərəcəklər

Türkiyə ilə Qətər Kabil Beynəlxalq Hava Limanında birgə fəaliyyət göstərəcəyi ilə bağlı razılıq əldə edib.
.
SİA-nın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanın paytaxtı Kabilə çatan Türkiyə-Qətər heyəti Kabildəki Həmid Kərzai Beynəlxalq hava limanının və ölkədəki digər dörd hava limanının fəaliyyəti ilə bağlı Taliban administrasiyası ilə prinsipial razılığa gəliblər.

Danışıqların texniki heyətlər vasitəsilə davam etdirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə